ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti dünyanın diqqət mərkəzindədir. Sammitdə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev ymartın 30-da Vaşinqtona səfər edib.
Prezident İlham Əliyevin sammitə dəvət olunması ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürü kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ifadə olunan fikirlər, səmimiyyət ölkələr arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu açıq göstərib. Bundan başqa Azərbaycan prezidenti ABŞ-ın nüfuzlu ictimai-siyasi xadimləri, maliyyə qurumlarının rəhbərlərilə görüşüb.
Professor, millət vəkili Musa Qasımlı prezidentin ABŞ səfərini yüksək qiymətləndirir: "Cənab Prezidentimiz İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirdiyi görüşlər və nüvə təhlükəsizliyi sammitində iştirak etməsi Azərbaycan diplomatiya tarixinin mühüm səhifələrindən biridir. Keçirilən ikitərəfli görüşlər zamanı müzakirə edilən məsələlər ABŞ-ın xarici siyasətində Azərbaycan dövlətinin mühüm yer tutduğunu, yerinin möhkəmləndiyini, rolunun artdığını, hər iki dövlətin beynəlxalq terrorizmə qarşı mübarizədə bərabər hərəkət etdiyini göstərir. Müzakirələr iki ölkə arasında münasibətlərin böyük potensialı olduğunu bir daha təsdiq edir".
Ayxan