“Dağlıq Qarabağın 22 ildir işğal altında olması Azərbaycan və türk dünyasının qanayan yarasıdır. Yeni qarşıdurmalar göstərir ki, Qarabağ problemini həll etmək üçün illər əvvəl qurulan Minsk qrupunun fəaliyyətsizliyi və laqeydliyi nəticəsində problem daha da böyüyüb”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasının deputatı Necdət Ünüvar deyib.
O, silahlı toqquşmalarda Azərbaycan ordusunun 12 əsgərinin şəhid olması xəbərindən kədərləndiyini dilə gətirib: “Azərbaycan dövləti və millətinə başsağlığı verirəm. Bölgədəki mülki şəxslər də daxil olmaqla əsgərlərin yaralanması xəbərindən kədərləndim. Qarşıdurmalar zamanı yaralanan azərbaycanlı qardaşlarımıza şəfa diləyirəm. Minsk qrupu illərdir xəlbirlə su daşıyır, Minsk qrupu təcili hərəkətə keçməlidir. Ermənistan 22 ildir işğal altında tutduğu Dağlıq Qarabağdan tez bir zamanda çıxmalıdır”.
Nərgiz