Aprelin 18-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Avrasiya Ölkələri Parlament Sədrlərinin I iclasında iştirak etmək üçün Moskva səfər edəcək.
Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Tədbirdə XXI əsrdə Avrasiya regionu ölkələrinin birgə rifahı naminə parlamentlərarası əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri müzakirə ediləcək. Milli Məclisin sədri iclasda bu mövzuda çıxış edərək, məsələyə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.
Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bır sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əməkdaşlıq, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin aradan qaldırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Parlament sədrlərinin görüşünün sonunda Yekun Bəyannamə imzalanacaq.
Nemət