Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə maraqlı bir fakt paylaşıb. O, Azərbaycanda saxlanılan ən qədim kitablardan biri haqqında məlumat verib, fotolar paylaşıb:
“Bakı Dövlət Universitetində saxlanan, Azərbaycanda olan ən qədim kitablardan biri. 1595-ci ildə Almaniyanın Yena şəhərində çap edilən alman dilində kitab "Türklər haqqında on nəsihət" adlanır.
Kitab 1919-cu ildə Azərbaycan Dövlət Universiteti yaradıldıqdan sonra Azərbaycan Demokratik Respublikası hökumətinin ayırdığı vəsait hesabına məxsusi olaraq universitetin kitabxanası üçün Almaniyadan alınıb.
Hesab edilir ki, ən qədim çap edilmiş kitab Koreyanın Xındoks məbədində ruhanilərin hərəkət edən metal şriftlərlə çap etdikləri Buddanın moizələrinin bir hissəsi toplanmış iki cildlik kitabdır. Üstündən 80 il keçdikdən sonra 1450-ci ildə Qutenberq Bilbliyanı çap edir”.
Bəkir