ATƏT-in Minsk qrupunun həmsədrləri artıq Vyanaya gəlib.
Teleqraf.com-un məlumatına görə, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra mətbuat konfransı keçirəcəklər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bu gün Vyanada Suriya, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.
Bu haqda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Qeyd edək ki, Lavrov daha öncə Vyanada Kerri ilə görüşəcəyi barədə məlumat vermişdi.
Nərgiz