18 May 2016 16:48
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mayın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada keçirilmiş görüşdən sonra rəsmi Yerevan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır və münaqişənin əsl mahiyyətinin təhrif olunmasına xidmət edir. Bu gün bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən çox təhlükəli olan mövcud status-kvonun qəbuledilməzliyi vurğulanır və dəyişdirilməsi zərurətinə dair çağırışlar edilir.

Təəssüf ki, münaqişənin həlli prosesində konstruktivlik nümayiş etdirmək əvəzinə Ermənistan xarici işlər naziri yenə də bu kimi çıxışları ilə hər vəchlə status-kvonun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd edir. Əgər o bunu ölkəsinin prezidentinin təlimatı ilə həyata keçirirsə, bu çox təhlükəli yoldur və vəziyyətin dramatik şəkil almasına xidmət edə bilər. ATƏT Minsk Qrupunun həmsədrləri bu barədə ciddi ölçü götürməlidirlər”.

Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Avropa Şurası Nazirlər Komitəsinin Sofiyada keçirilən sessiyasındakı çıxışını şərh edərkən belə deyib.

H.Hacıyev qeyd edib ki, korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən E.Nalbandyanın “Demokratik təhlükəsizlik” və ya “Demokratik Sülh” konsepsiyasından danışması yalnız istehza və gülüş doğurur: “Öz vətəndaşlarının odlu silahlarla kütləvi qırğınını həyata keçirən Ermənistan rejiminin insan hüquqları və demokratiyadan danışmağa mənəvi, siyasi və hüquqi haqqı yoxdur. 2 aprel tarixindən başlayaraq Ermənistanın qoşunların təmas xəttində törətdiyi hərbi avantüra bir daha sübut etdi ki, Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər