18 May 2016 18:09
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir qrup müxalifət partiyasının toplaşdığı “Anti-Böhran Koalisiyası”nın iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda LDP, DKP, GAP ,KXCP, Azadlıq Partiyası, Ağ Blok, ADP, AXP, VİP və “125-lər” siyasi klubu iştirak edib.

İclasda əvvəlki yığıncaqda qəbul edilən qərarların icra vəziyyəti, ictimai-siyasi durum və cari məsələlər müzakirə edilib.

Qərara alınıb ki, 28 mayda saat 13:30-da M.Ə.Rəsulzadənin Novxanı kəndindəki abidəsi ziyarət edilsin.

Vyana danışıqları müzakirəyə çıxarılıb və hesab edilib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır, onun hər hansı formada Ermənistana verilməsi mümkün deyil.

Koalisiya yalnız partiya sədrlərinin iştirakı ilə piket keçirmək haqda qərar verib və bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsinin vacibliyi vurğulanıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər