21 May 2016 15:35
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, plenar iclasda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İclas çərçivəsində, mayın 20-də Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Parlamenti Məclisinin sədri Baktıkoja İzmuxambetov ilə görüşüb.

Görüşdə ölkələrimizin parlamentlərinin MDB Parlamentlərarası Assambleyası, TürkPA və digər beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyəti müzakirə olunub, Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar barədə məlumat verib, Azərbaycanın bu münaqişədə ədalətli mövqeyini dəstəklədiyinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.

Baktıkoja İzmuxambetov Qazaxıstanın bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər