23 May 2016 21:20
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Misir Ərəb Rrespublikasının (MƏR) Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qəbul edilib.

Azərbaycan səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, T.Rzayev etimadnaməsini Prezident Ə.Sisiyə təqdim edib.

Azərbaycanın qədim dövlət ənənələrinə malik olduğunu, Şərqdə ilk respublika olduğunu, müstəqil siyasət yürütdüyünü, regionda aparıcı və güclü dövlət olduğunu vurğulayan səfir əsas missiyasının Misir və Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi olduğunu bildirib.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını MƏR Prezidentinə çatdırıb.

Ə.Sisi, öz növbəsində, Prezident İlahm Əliyevə salamlarını çatdırmasını xahiş edərək, Misirin Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Daha sonra Prezident T.Rzayevə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Misirin xarici işlər naziri, Prezident Aparatının məsul şəxsləri iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər