“Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edən Azərbaycan-Türk diaspor qurum rəhbər və fəalları ilə görüşüm oldu. Görüş maraqlı və müzakirələr çərçivəsində keçdi. Onları dinləmək və fikirlərini öyrənmək mənim üçün önəmli idi. Yəqin, hər kəs bilər ki, Avropa və digər ölkələrə səfərlərim əsnasında bacardığım qədər onlarla görüşlər keçirir, bütün çıxışlarımda birliyə çağırıram”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Adil Əliyev bildirib.
Deputat qeyd edib ki, əsas məqsəd təşkilatlarımızın birliyi və birgə hərəkət etməsidir: “Çünki bu zaman düşmənə layiqli şəkildə cavab verə bilərik. Bunun üçün potensial var və bundan düzgün yararlanmaq lazımdır. Sonda cənab prezidentin sözləri ilə fikirlərimi tamamlamaq istəyirəm: Cənab prezidentin qurultayda çıxışında soydaşlarımızın tarixi Vətənlə əlaqələrini kəsməməlilərini və yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal olmalarını bildirməsi vacib amillərdən biridir”.
Bəkir