“Biri deyir danışmasın, biri deyir yazmasın, biri deyir pafoslu danışır, biri deyir çıxıb getsin, biri deyir hamını bir yerə yığsın, biri deyir gərək Bakıda ocaq olsun, biri deyir ildə 10 min adamı elata yığmaq doğru deyil, biri deyir buraxmasınlar ki, meydan bizim olsun, biri deyir yedilər bizə qalmadı, biri deyir siyasi reabilitasiyaya gəlib, biri deyir partiya qurur, biri deyir müxalifətçilər gəlməsin, biri deyir gərək siyasətçi olmasın, bir deyir gərək yaltaq olsun, biri deyir ora-bura girib deputat olsun, biri deyir separatçıdı, biri deyir halal olsun bunu Gürcüstana buraxmayana, çoxusu da tutuquşu kimi özlərini ziyalı adlandırırlar. Bircəciyi desə ki, gəl oturaq, danışaq, yalnız sevinərəm”.
Bunu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli özünün Feysbuk səhifəsində yazıb.
Görünən budur ki, Z.Məmmədli zamanədən və ətrafında baş verən hadisələrdən şikayətini bu formada dilinə gətirib. Bununla belə Məmmədli yuxarıda yazdıqlarını xatırladaraq sual edib ki, görəsən, bunlar nə istəyirlər: “Bilən varsa, yardımçı olsun. Şad olaram”.
Cavad