"Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq yeni mövsümdə də komandada qalacaq.
Qol.az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi 26 yaşlı futbolçunu satmaq niyyətində deyil.
Almaniya klubu 70 milyon avro müqabilində də qabonlu futbolçunu satmayacaqlarını açıqlayıb. Obameyanqla "Real", "Mançester Siti" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.
Qeyd edək ki, ötən mövsüm "Borussiya"da 49 oyun keçirən Obameyanq 39 qol vurub və 5 məhsuldar ötürmə verib.