14 İyun 2016 13:25
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 yarışlarına hazırlıq məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında pilotlara göstəriləcək tibbi müayinə üçün palata yaradılıb.

Bu barədə Teleqraf.com-a MNX-nın mətbuat katibi Aytən Fətəliyeva məlumat verib.

A.Fətəliyeva bildirib ki, bir neçə ay davam edən hazırlıq mərhələsi artıq başa çatıb: “Formula 1 ilə əlaqədar MNX-da Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin nəzdində avadanlıqlarla təchiz edilmiş xüsusi şəraitli palata yaradılıb. Palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb. Həmçinin MNX-nın digər müvafiq şöbələrin palatalarında hazırlıq işləri tamamlanıb”.

Mətbuat katibi onu da əlavə edib ki, xəstəxanada “Alarm” mərkəzi yaradılıb, hazırda təcili yardımın necə göstərilməsi ilə bağlı təlimlər keçirilir: “Eyni zamanda MNX-nin cərrah, neyro-cərrah, travmatoloq, torokal, plastik cərrahlar, həmçinin orta tibbi personal hazırlıq təlimlərindən keçirlər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər