UEFA Xorvatiya milli komandası barədə intizam işi açıb.
Teleqraf.com xarici mediaya istinadən verdiyi məlumata görə, buna xorvatiyalı azarkeşlərin Çexiya ilə keçirillən qarşılaşma zamanı meydana yad cisimlər atması səbəb olub.
Hadisədən sonra ingiltərəli baş hakimi Mark Klattenburq oyunda fasilə elan edib. İnsident zamanı xorvat azarkeşlər arasında kütləvi dava baş verib.
Qeyd edək ki, Çexiya - Xorvatiya oyunu 2:2 hesabı ilə başa çatıb.