Euro-2016-nın finalında Fransa millisilə qarşılaşan Portuqaliya milli komandasının kapitanı Kriştian Ronaldu zədələnib.
Teleqraf.com xəbər verir ki, 29 yaşlı hücumçu görüşün əvvəlində rəqib yarımmüdafiəçi Dimitri Payetlə toqquşma nəticəsində xəsarət alıb.
O, meydana dönsə də, bir neçə dəqiqədən sonra yenidən tibbi yardıma ehtiyac duyub. Ronaldunun gözləri yaşarıb, amma oyunu sol dizi sarğıda davam etdirib. Lakin daha bir neçə dəqiqə sonra ulduz futbolçu əvəzlənməsini xahiş edib və kapitan sarğısını Luiş Naniyə verib. 25-ci dəqiqədə onun əvəzinə meydana Rikardu Kuarejma çıxıb.