8 Avqust 2016 08:34
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnter”i yaxşı oyun və qələbə münasibətilə təbrik edirəm. Bu cür qarşılaşmalara hazırlıqlı olmalıyıq”.

Teleqraf.com-un Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının ilk turunda "İnter"lə keçirilən səfər oyunundan sonra deyib.

Təcrübəli mütəxəssis 1:2 hesablı məğlubiyyətə görə kimisə günahlandırmaq istəməyib: “Biz komandayıq, məğlubiyyəti hər hansı futbolçunun adına yazmaq olmaz. "Viktoriya Plzen" ilə oyunla bağlı problem yoxdur. Çünki fərqli turnir və fərqli oyunlardır. Qalib gəlmək istəyirdik, amma alınmadı. Namiq Ələsgərovu meydana buraxdım, vəziyyəti pis deyil. Sadəcə oyun təcrübəsi azdır. Çalışırıq ki, əvvəlki vaxtlarını geri qaytaraq. Meydança ilə bağlı nəsə deyə bilmərəm. Bu meydanda qalib gəldiyimiz oyunlar olub. Ancaq təbii otla süni qazon eyni deyil". Qurbanov Avroliqanın pley-off mərhələsində qarşılaşacaqları "Göteborq"la bağlı fikirlərini də açıqlayıb: “Rəqib haqda az da olsa, məlumatımız var. Oyunları ilə maraqlanmışıq. "Sumqayıt"la oyundan sonra daha ətraflı məlumat toplamağa çalışacağıq. Bunun üçün bir həftəmiz olacaq. Keçilməz rəqib yoxdur. Çalışacağıq ki, daha yaxşı hazırlaşaq. Bu iki oyun bizim üçün çox önəmlidir. Deyərdim ki, arzuolunmaz rəqibdir. "Viktoriya Plzen"lə oyundan sonra sonra tənqidlər oldu. Buna hazır olmalıyıq. Öz işimizi layiqincə yerinə yetirməyə çalışırıqsa, bunları düşünməməliyik. Özümüz səhvimizi, düzümüzü görürüksə, tənqidləri normal qarşılayıram. Tənqiddən tənqidə fərq var. Bu günə qədər heç kim haqda fikir, rəy bildirməmişəm. Ola bilər ki, hər hansı bir sözə görə, kiçik fikir bildirmişəm. Bu gün 44 yaşım var. İndidən tənqidləri pis qəbul etsəm, gərək karyeramı bitirəm”.


Müəllif:

Oxşar xəbərlər