Azərbaycan boksçusu Lorenzo Sotomayor Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında finalda Özbəkistan təmsilçisi Fəzliddin Gaibnəzərova məğlub olaraq gümüş medal qazandı.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.