8 Sentyabr 2016 16:29
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ terror təşkilatına bağlılıqda ittiham edilən “Galatasaray”ın sabiq futbolçusu və keçmiş millət vəkili Hakan Şükür susqunluğunu pozub.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra haqqında həbs qərarı çıxan və əmlakına əl qoyulan Hakan Şükür tvitterdə FETÖ ilə heç bir əlaqəsi olmadığını önə sürüb: “Məni FETÖ təşkilatı ilə tanış etdiyi iddia edilən Adil Öksüzü tanımıram. Onunla heç vaxt ünsiyyətim olmayıb”.

Hakan Şükür mediada sərvəti haqqında yayılan məlumata da aydınlıq gətirib: “Mənim 200 milyonluq sərvətimin olduğu deyilir. Çox şişirdilmiş rəqəmdir və bu doğru deyil”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər