Cənubi Amerika zonasında 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti turun oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, tur sensasiyasız ötüşməyib. Argentina yığması öz meydanında Paraqvaya məğlub olub - 0:1. Messinin Argentina yığması üçün necə vacib oyunçu olduğu bu qarşılaşmada da özünü göstərib. Leonun zədə ucbatından meydana çıxa bilmədiyi oyunda argentinalılar inamsız təsir bağışlayıblar.
Braziliya yığması isə Neymarsız da qalib gəlməyi bacarıb. “Sambaçı”lar bu dəfə səfərdə Venesueladan güclü olublar - 2:0. Digər görüşlərdə isə Boliviya millisi Ekvador (2:2) və Kolumbiya yığması isə Uruqvayla (2:2) heç-heçə oynayıb. Çili Peru yığmasına 2:1 hesabı ilə qalib gəlib.