1 İyul 2014 16:05
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DÇ-2014"ün 1/8 finalında Əlcəzairə 2:1 hesabı ilə qalib gələn Almaniya millisi ciddi itki ilə üzləşib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın müdafiəçisi Şkodran Mustafi zədələnərək sıradan çıxıb.

Matçın 70-ci dəqiqəsində sağ bud arxa əzələsini dartan 22 yaşlı futbolçunun ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bununla da, gənc futbolçu mundialın qalan görüşlərində komandasına kömək edə bilməyəcək.


Müəllif:

Oxşar xəbərlər