1 İyul 2014 21:54
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dieqo Kostanın "Çelsi"yə keçidi rəsmiləşib.

Qol.Az-ın məlumatına görə, klub rəsmi saytından 25 yaşlı hücumçunun heyətinə cəlb etdiyini açıqlayıb.

"Çelsi" ilə beş illik müqavilə imzalayan D.Kosta London təmsilçisində həftəlik 150 min funt-sterlinq qazanacaq.

"Çelsi"nin bu transfer üçün 40 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, D.Kosta beş mövsüm oynadığı "Atletiko"da 137 matçda iştirak edib və 64 qol vurub.


Müəllif: