20 Oktyabr 2016 21:27
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, “Qəbələ” səfərdə “Sent Etyen”in qonağı olacaq.

İlk 2 turda xal qazana bilməyən Roman Qriqorçukun komandası çətin səfərdən xalla qayıtmağa çalışacaq. Lakin bu, elə də asan olmayacaq.

Çünki “Qəbələ”nin 3 əsas heyət üzvü - Beqali Dabo, Rəşad Sadiqov və Nika Kvekveksiri “Sent Etyen”ə qarşı oynaya bilməyəcək.

Avropa Liqası

20 oktyabr

III tur

23:05. “Sent-Etyen” (Fransa) - “Qəbələ”
Hakimlər: Ali Palabıyık, Cem Satman, Əkrəm Kan, Ceyhun Sesigüzel, Alper Ulusoy, Volkan Bayarslan
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Yakob Erel (İsrail)
Sent-Etyen. “Joffrua Qişar” stadionu

23:05. “Maynts” (Almaniya) - “Anderlext” (Belçika)


Müəllif: