“Roma” futbol klubunun mərkəz müdafiəçisi Kostas Manolas “İnter” komandasının maraq dairəsinə düşüb.
Teleqraf.com xəbər verir ki, “İnter” cari mövsümün sonunda 25 yaşlı yunanıstanlı futbolçu üçün “Roma”ya 50 milyon avro dəyərində təklif göndərəcək.
Maliyyə “fair-play”i ilə üzləşən “Roma” mövsümün sonunda Kostas Manolas yaxud Raca Nainqqolan ilə yollarını ayırmalıdır.
İtaliya çempionatında cari mövsümdə 18 oyunda meydana çıxan Manolas 1 qol vurub və 1 məhsuldar ötürmə edib.