20 Fevral 2017 10:45
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) iyunun 23-dən 25-dək Bakıda ikinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2017-ci il FİA Formula 1 dünya çempionatının hər bir yarışı üçün media akkreditasiyası prosesi Beynəlxalq Avtomobil Federasiya (FİA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH vasitəçiliyi ilə həyata keçiriləcək. Akkreditasiya prosesi martın 31-i saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH rəsmi veb səhifəsində olan formanı dolduraraq onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Nərgiz

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər