Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə Məşqçilər Komitəsinin üzvlərinin görüşü keçirilib.
Teleqraf.com-un AFFA-nın saytına istinadla yaydığı xəbərə görə, görüşdə Azərbaycan milli komandalarının hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.