8 Aprel 2014 13:25
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray” mövsümün sonunda baş məşqçi Roberto Mançini ilə vidalaşa bilər.

Teleqraf.com xəbər verir ki, iddialar görə, “Fənərbaxça”ya 1:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, komandada vəziyyət elə də yaxşı deyil.

Həmçinin Mançininin "İnter"ə qayıtması gündəmdədir. CNN-nin verdiyi xəbərdə isə Milan təmsilçisinin 39 yaşlı məşqçiyə illik 4 milyon avro təklif etməyə hazırlaşdığı bildirilir. "Qalatasaray" da Mançininin gedişinə qarşı deyil.

Qeyd edək ki, "Cim Bom" kimi “İnter”in də ölkə çempionatında vəziyyəti yaxşı deyil. Milanlılar A seriyasında 32 turdan sonra 50 xalla 5-ci yerdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər