Teleqraf.com xəbər verir ki, ilk gündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanlarımız qızıl medal uğrunda yarışırlar. Murad Məmmədov, Rəsul Çunayev, Rafiq Hüseynov və Orxan Nuriyev İslamiadaya 1/4 final mərhələsindən start veriblər.
Ölkəmizə ilk qızıl medalı 98 kq çəki dəricəsində mübarizə aparan Orxan Nuriyev qazandırıb. 1/4 final mərhələsində Tayab Raza ilə görüşən gənc güləşçimiz pakistanlıya göz açmaq imkanı verməyib – 9:0. 22 yaşlı idmançının final yolundakı son rəqibi Rustam Assakalov (Özbəkistan) olub. Bu dəfə 5:0 hesablı qələbəyə sevinən Nuriyev həlledici görüşdə qırğızıstanlı Uzur Cuzupbekovla qarşılaşıb. İdmançımız yenə rəqibinə aman verməyib. 5:0 hesabı ilə üstün olan Nuriyev IV İslam Həmrəyliyi Oyunlarında güləş yığmamıza ilk qızıl medalı qazandırıb.