22 May 2017 01:10
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları daha 20 medal qazanıb.

Teleqraf.com xəbər verir ki, medallardan 9-u qızıl, 7-i gümüş, 4-ü bürünc əyarlı olub. Bu nəticədən sonra Azərbaycanın aktivindəki medalların sayı 153-ə yüksəlib.

Medallardan 75-i qızıl, 46-sı gümüş, 33-ü bürüncdür. Millimiz qızıl medalların sayına görə, liderliyini qoruyub saxlayır. Medalların sayına görə, ikinci yerdə Türkiyə, üçüncü yerdə isə əvvəlki kimi İran komandası qərarlaşıb. Türkiyənin 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medalı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər