15 Avqust 2017 14:43
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox sevindirici haldır ki, bizim yetişdirdiyimiz idmançı dünya çempionu oldu. Finala çıxanda bilirdik ki, Ramilin medal qazanmaq şansı var. Türkiyəli rəsmilərlə görüşəndə qərara gəldik ki, Ramil çempion olsa, hər iki ölkənin bayrağını qaldırsın. Ona bayrağı biz verdik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyevin qələbəsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, Ramil Quliyevi Londonda şəxsən təbrik edib: “Bizim idmançının çempion olması Türkiyə və Azərbaycan tarixində ilk idi. Onu Londonda olanda da təbrik etdik. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır.

Qələbə zamanı Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidenti birinci bizi təbrik etdi. Dedi ki, bilirəm, o, sizin müştərək idmançınızdır”.

Çingiz Hüseynzadə son hadisələrə də münasibət bildirib: "Ramil Quliyevin Azərbaycandan getməsi ilə əlaqədar mənim müsahibələrimi üzə çıxarırlar. Heç birini təkzib etmirəm. Dediklərim onun idmançı keyfiyyətlərinə aid deyil".


Müəllif: Nərgiz

Oxşar xəbərlər