28 Aprel 2018 13:09
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray” azarkeşləri Şenol Günəş üçün pankart hazırlayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 29-da Türkiyə Super Liqasında “Qalatasaray” və “Beşiktaş” klubları üz-üzə gələcək.

Hər kəsin maraqla gözlədiyi derbi öncəsi “Qalatasaray” azarkeşləri maraqlı sürpriz hazırlayıblar.

Onlar “Fənərbaxça” derbisində azarkeşlərin yaraladığı, nəticədə başına 5 tikiş vurulan və gecəni xəstəxanada keçirən “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə “Keçmiş olsun, Şenol Günəş” pankartı ilə dəstək olacaqlar.

Qeyd edək ki, “Qalatasaray”ın 63, “Beşiktaş”ın isə 62 xalı var. Bu mənada sabahkı oyun çempionluq yolunda həlledici ola bilər.


Müəllif: Cabbar

Oxşar xəbərlər