25 İyun 2018 18:00
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünya çempionatının qrup mərhələsində son tura start veriləcək.

Teleqraf.com xəbər verir ki, A və B qruplarının 4 oyun keçiriləcək.

A qrupunda artıq pley-off mərhələsinə yüksələn hər iki komandanın adı məlumdur. Rusiya və Uruqvay qarşılaşması qrup liderini müəyyənləşdirəcək.

Qrupu üçüncüsü isə Səudiyyə Ərəbistanı - Misir matçının nəticəsindən asılı olacaq.
B qrupunda 3 komandanın 1/8 finala adlamaq şansı var. İran - Portuqaliya matçında qalib gələn tərəf pley-off adlayacaq. Bu görüşdə Kriştiano Ronaldonun komandasına bərabərlikdə bəs edir.
İspaniya isə Mərakeşə uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq.

DÇ-2018
25 iyun

A qrupu
18:00. Uruqvay - Rusiya
Baş hakim: Malanq Didhyu (Seneqal)

18:00. Səudiyyə Ərəbistanı - Misir
Baş hakim: Vilmar Roldan (Kolumbiya)

B qrupu
22:00. İran - Portuqaliya
Baş hakim: Enrike Kaseres (Paraqvay)

22:00. İspaniya - Mərakeş
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)


Müəllif: Teleqraf.com