Avropa Liqasında Azərbaycanın daha bir təmsilçisi - “Qəbələ” də mərhələnin cavab oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, Sənan Qurbanovun komandası Lüksemburqda “Proqres”in qonağı olub.
Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çox çalışıblar.
Lakin səfərdə əldə edilmiş minimal hesablı qələbə (0:1) komandamıza məqsədinə çatmaq üçün yetərli olmayıb.
“Keşlə”nin ardından “Qəbələ” də Avroliqada mübarizəni dayandırıb.