Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev üzvü olduğu “Krılya Sovetov” klubunun azarkeşləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə klubun bütün əsas oyunçuları və rəhbər heyəti iştirak ediblər.
R.Şeydayev azarkeşlərə qarpız, özbək əsilli futbolçu Denisov isə plov paylayıb.