Əfsanəvi Formula-1 pilotu Mixael Şumaxer keçmiş meneceri və yaxın dostu Villi Veber idmançının sağalmasının mümkünsüz olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Almaniya mətbuatına danışan Veber Şumaxer üçün yas tutduğunu bildirib: "20 il dostluq etdik. Amma indi onun sıramıza qoşulması imkansızdır. Qədərimiz əlimizdə deyil".
Qeyd edək ki, almaniyalı Formula-1 pilotu, yeddi qat dünya çempionu Şumaxer 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış edib.
2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu.
2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşüb.