UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın qitənin ali futbol qurumunun saytına istinadən yaydığı xəbərə görə, 454 klubun adının olduğu siyahıda Azərbaycandan yeddi komanda yer alıb.
Bu həftə Avropa Liqasında “Partizan”a uduzan “Neftçi” bir pillə geriləyərək 191-i yerə düşüb. Hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici də “Neftçi”yə məxsusdur.
İkinci ən yaxşı göstəriciyə malik olan “Qarabağ”ın, “Tvente” ilə matçda xal qazanmasına baxmayaraq, mövqeyi dəyişməz qalıb. Ağdam təmsilçisi 220-ci pilləni tutur.
Ölkələr üzrə reytinqdə isə Azərbaycan əvvəlkitək 30-cu pillədədir.
Komandalarımızın son UEFA reytinqində mövqeyi isə aşağıdakı kimidir:
191. “Neftçi” (-1)
220. “Qarabağ” (mövqeyində dəyişiklik olmayıb)
266. “İnter” (mövqeyində dəyişiklik olmayıb)
300. “Xəzər Lənkəran” (+1)
345. “Bakı” (mövqeyində dəyişiklik olmayıb)
373. “Qəbələ” (-3)
374. AZAL (-1)
Reytinqə əvvəlkitək Çempionlar Liqasının son qalibi Madrid “Real”ı başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.