Futbol üzrə Azərbaycan Premyer Liqasının Qəbələdə keçirilən oyunu yarımçıq dayandırılıb.
Teleqraf.com xəbər verir ki, “Qəbələ” – “Zirə” qarşılaşmasının dayandırılmasına səbəb qatı duman olub.
Görüşün baş hakimi 57-ci dəqiqədə fasilə elan edib. Lakin hava şəraiti oyunun davam etdirilməsinə imkan verməyib. Nəticədə matç sabahadək təxirə salınıb.