Çempionlar Liqasında mübarizəni dayandıran “Qalatasaray”ın turnirdən əldə etdiyi gəlir açıqlanıb.
Teleqraf.com xəbər verir ki, İstanbul nəhənginin qitənin ən nüfuzlu klub turnirindən ümumi gəliri 34,2 milyon avro təşkil edib.
“Sarı-qırmızılılar” göstərilən məbləğin 15,25 milyonunu ÇL-də iştiraka, 5,76 milyonunu qrup mərhələsindəki nəticələrinə, 7,5 milyonunu teleyayıma, yerdə qalan hissəsini isə digər marketinq gəlirlərinə görə əldə edib.
Qeyd edək ki, “Portu”, “Şalke” və Moskva “Lokomtiv”i ilə D qrupunda yer alan “Qalatasaray” 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb.