İtaliya A Seriyasının 16-cı turunda keçirilən “Torino” - “Yuventus” oyununda maraqlı hadisə yaşanıb.
Teleqraf.com xəbər verir ki, qonaqların futbolçusu Kriştiyano Ronaldo oyunun 70-ci dəqiqəsində penaltidən vurduğu qoldan sonra rəqibin qapıçısının üstünə gedərək ona çiyinlə zərbə vurub. Bu hərəkətindən sonra baş hakim 33 yaşlı futbolçuya sarı vərəqə göstərib.
Portuqaliyalı ulduzun bu hərəkəti mütəxəssislər tərəfindən sərt tənqid olunub.
Qeyd edək ki, görüş 1-0 hesabı ilə “Yuventus”un xeyrinə başa çatıb.