Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İngiltərənin "Mançester Yunayted" klubunu almağa hazırlaşır.
Teleqraf.com İngiltərə mediasına istinadla məlumat verir ki, şahzadə klub üçün 3,8 millyard funt sterlinq (4,9 milyard dollar) ödəməyə hazırdır.
Qeyd edilir ki, "Mançester Yunayted"in hazırki sahibləri, Qleyzerlər, klubu satmaq barədə düşünmürdülər. Lakin şahzadənin təklifindən sonra onlar klubu sata bilərlər.