"Krılya Sovetov"un yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı futbolçu ya bu, ya da gələn mövsümün sonunda futbolla vidalaşacağını deyib:
"Bu mövsüm olmasa, gələn il mütləq karyeramı başa vuracağam. Tam qərar verməmişəm. Vida matçım olmayacaq. Çünki çox klubda oynamışam. Karyeramı "Spartak"da bitirəcəyimi düşünürdüm. Amma artıq belə bir şey mümkün deyil. Ora futbolçu qayıtmaq istəmirəm".
Qeyd edək ki, Moskva "Spartak"ının yetirməsi olan Səmədov "Lokomotiv" və "Dinamo" klublarında da çıxış edib