23 Aprel 2019 17:17
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı “Formula 1” yarışlarında baş vermiş 5 ən maraqlı epizod açıqlanıb.

“Beşlik”də 2017-ci ildən 2, ötən ildən isə 3 epizod əksini tapıb.

İlk sırada ötən il “Red Bull” pilotları – Daniel Rikkardo ilə Maks Ferstappenin toqquşmasıdır. İki il qabaq “Mercedes”dən Lüis Hemiltonla “Ferrari”nin sürücüsü Sebastyan Fettel arasında baş vermiş insident ikinci sıradadır. Üçüncü yerdə ötən il “Haas”ın pilotu Romen Qrojanın bolidinin səddə çırpdığı epizoddur.

Dördüncü mövqedə 2017-ci ildə “Mercedes”in sürücüsü Valtteri Bottasın “Uilyams”dan Lens Strollu ötərək ikinci sırada finiş etməsi yer alıb. “Beşliy”i ötən il yarışın sonlarına doğru liderlik edən Bottasın bolidinin təkərinin partlaması qapayır.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər