21 May 2019 08:05
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ futbolçusu Kilian Mbappenin klubdakı gələcəyi ilə bağlı bəyanat yayıb.

Teleqraf.com-un məlumatına görə, klub rəsmi "Tvitter" səhifəsi vasitəsi ilə yaydığı bəyanatda fransalı hücumçunun Paris təmsilçisindən ayrılmayacağı bildirib: "PSJ ilə Mbappe arasında möhkəm münasibətlər var. Bu əməkdaşlıq gələn mövsüm də davam edəcək. Hər iki tərəfin ambisiyaları eynidir. Biz Avropa futbol tarixinə düşmək istəyirik".

Qeyd edək ki, Mbappe özü son açıqlamasında komandasını dəyişə biləcəyini istisna etməmişdi.


Müəllif: Teleqraf.com