Rumıniyanın Buxarest şəhərində şotokan karate idman növü üzrə 10-cu dünya çempionatı keçirilib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanasının əməkdaşı ədliyyə çavuşu Əliyev Röyal Yaşar oğlu yarışda 2-ci yeri qazanıb.