4 İyul 2019 17:15
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı şahmat üzrə Dünya Kubokunda təmsil edəcək qrossmeysterlər müəyyənləşib.

Teleqraf.com Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, reytinqə əsasən, ölkəni Şəhriyar Məmmədyarovla (2765 xal, 8-ci yer) Teymur Rəcəbov (2759 xal, 13-cü yer) təmsil edəcəklər.

Arkadi Naydiç (2681 xal, 62-ci yer) isə ehtiyat oyunçu kimi göstərilib.

Qeyd edək ki, Dünya Kuboku 9 sentyabr – 4 oktyabrda Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Turnirdə 128 şahmatçı iştirak edəcək. Ən yaxşı nəticəyə imza atacaq iki qrossmeyster 2020-ci il dünya çempionu titulu uğrunda İddiaçılar Turnirinə qatılmaq hüququ əldə edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər