Futbolçu Vesli Sneyder və model həyat yoldaşı Yolante Kabau boşanır.
Teleqraf.com xəbər verir ki, xanımı ilə barışmaq üçün bütün yollara əl atsa da, buna nail olmayıb.
"Çətin günlər yaşayıram. Ancaq bu dönəmdən güclənərək çıxacağam. İnsanı sevgi ağrıtmır, yanlış seçimləri ağrıdır. İndi bütün həyatım oğlumdur" deyə, Hollandiyada "Qraziya" jurnalına müsahibə verən model deyib.
2010-cu ildə ailə quran cütlüyün Xess Xava adlı 3 yaşlı oğlu var.