19 Sentyabr 2019 21:55
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Teleqraf.com xəbər verir ki, idmançımız Bolqarıstan təmsilçisi Yuliana Vasileva ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Manolova bürünc medal qazanıb.

Qeyd edək ki, buna qədər Azərbaycan təmsilçilərindən Mariya Stadnik (50 kq) qızıl, Yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər