21 Sentyabr 2014 14:08
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oyundan sonra çox qəzəbli idim. Çünki mütləq qələbə qazanmalı olduğumuz matçı uduzduq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Milan”ın baş məşqçisi Filippo İnzaqi “Yuventus”a məğlub olduqları oyunda sonra deyib.

Rəqibin daha üstün olduğunu etiraf edən gənc mütəxəssis komandasının son oyunlarından razı qalmadığını bildirib:

“Futbolçularıma demişdim ki, son iki turdakı oyunumuz Avropanın top komandasına yaraşmır. Düzdür, Honda əlinə düşən qol imkanından yararlansaydı, nəticə başqa cür olardı. İki hücumçu ilə də oyunun taleyini dəyişə bilmədik. Qəbul etməliyik ki, “Yuventus” bizdən yaxşı oynadı”.

Xatırladaq ki, “Milan” öz meydanında “Yuventus”a 0:1 hesabı ilə məğlub olub.


Müəllif:

Oxşar xəbərlər