“Mançester Yunayted” daha bir ciddi itki ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, “qırmızı şeytanlar”ın fransalı hücumçusu Antoni Marsyal da sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, “Brügge”yə qarşı keçirdikləri Avroliqa matçında ombasından zədələnib. Futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Xatırladaq ki, Marsyaldan bir neçə gün öncə MY digər hücumçusu Markus Reşfordu da itirmişdi.