Koronavirus epidemiyası Fransa çempionatına da təsirini göstərib.
Teleqraf.com xəbər verir ki, Liqa-1 və Liqa-2-nin oyunları aprelin 15-dək azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 1412-ə çatıb. Ən son açıqlanan məlumata görə, ölkədə 30 nəfər sözügedən virusdan həyatını itirib.