28 Noyabr 2021 10:27
224

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Teleqraf.com xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutacaq.

İkinci oyun gününün yeganə matçında “Sumqayıt”la “Zirə” üz-üzə gələcək.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Keşlə”yə 2:1, “Neftçi” “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. Turun qapanış matçında sabah “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
12-ci tur
28 noyabr

“Sumqayıt” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə.
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.


Müəllif: Teleqraf.com